“Kimsə bizə yaxınlaşmağa cəsarət etməz”  

10:42 03.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir prezidenti Əbdülfəttah əs-Sisi bölgədə İranla artan münaqişə və Hörmüz boğazının bağlanma riski ilə bağlı xalqa müraciət edib.

Hafta.az yazır ki, Misirin təhlükəsizliyini təmin edən Sisi, hökumətini ən pis ssenarilərə hazırlaşmağa çağıraraq, “Heç kim Misirə yaxınlaşmağa cəsarət etməz” deyə qətiyyət mesajı verib.

Heç kimin Misirə hücum edə bilməyəcəyini bildirən prezident Sisi, Hörmüz boğazında İran neft tankerinin batmasının qlobal enerji axınlarını ciddi təhlükəyə atdığını qeyd edib. O, boğazın bağlanmasının neft və təbii qaz tədarükünü zəiflədəcəyini vurğulayıb və bunun qlobal qiymət artımlarına səbəb olacağı barədə xəbərdarlıq edib. O, həmçinin 2023-cü ilin oktyabr ayından bəri əməliyyat gücünə qayıda bilməyən və Misirin ən vacib valyuta mənbəyi olan Süveyş kanalının bu böhranla yeni bir zərbə ala biləcəyinə diqqət çəkib. Misirin Körfəz və Ərəb ölkələrinin yanında olmağa davam edəcəyini təkrarlayan Sisi, bu ölkələrə qarşı hücumları qətiyyətlə rədd edib. Sisi son hərbi hərəkatları "səhv hesablamalar" adlandıraraq, regional sabitliyin qorunması üçün strateji hazırlıqların vacib olduğunu vurğulayıb.